Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ”la təmsil olunub

Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ”la təmsil olunub Film Azərbaycan və Rusiyanın birgə istehsalıdır
İncəsənət
14 Noyabr , 2016 16:24
Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ”la təmsil olunub

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda keçirilən VII Avropa Film Festivalı çərçivəsində Mirbala Səlimlinin “Qırmızı bağ” filmi "MetroPark Cinema" kinoteatrında nümayiş olunub.

Mədəniyyət ve Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival Avropa İttifaqı nümayəndəliyi və quruma üzv dövlətlərin səfirliklərinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi