Azərbaycan bəstəkarı musiqinin "Oskar"ına namizəd olub

Azərbaycan bəstəkarı musiqinin "Oskar"ına namizəd olub “Grammy” mükafatının bu dəfəki sahibi azərbaycanlı xanım bəstəkar ola bilər
İncəsənət
538
17 Dekabr , 2014 10:14
Azərbaycan bəstəkarı musiqinin Oskarına namizəd olub

Bakı.17 dekabr.REPORT.AZ/ Beynəlxalq “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Siyahıda adı yer alan 3 bəstəkardan biri məşhur Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəstəkarlar İttifaqı yayıb.

Məlumata görə, Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, milli bəstəkar belə məşhur mükafata namizəd göstərilir.
Qeyd edək ki, Beynəlxalq “Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir. Xalq artisti, bəstəkar Firəngiz Əlizadə ilə yanaşı, amerikalı bəstəkar Lera Auerbaxd və Meçislav Vaynberqin də, adları namizədlər siyahısındadır.

Xatırladaq ki, bəstəkar Firəngiz Əlizadə 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasimində iştirak edəcək.

Firəngiz Əlizadə meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, musiqilərindən ibarət alboma görə namizədlər siyahısına daxil edilib.



Son xəbərlər

Orphus sistemi