Milli Məclisin deputatı Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına etiraz edib.
“Report”un məlumatına görə, deputat parlamentin bu gün keçirilən plenar iclasında sənətkarın yaşının olmadığını söyləyib.
Onun sözlərinə görə, bir çox tanınmış şəxslər yaşlı vaxtlarında gözəl əsərlər oynayıblar: “Sənətkar yaradıcı adamdır. Həmçinin aktyor da yaradıcı adamdır. Ən gözəl rollar ən yaxşı vaxtlarda oynanılır. Bu gün ölkədə fəaliyyət göstərən bir çox teatr direktorları sanki özlərinə ayrı respublika yaradıb və orada özlərini prezident kimi hiss edirlər. Mədəniyyət Nazirliyi buna mütləq şəkildə əncam çəkməlidir. Aktyor Tariyel Qasımov və başqaları yaşla əlaqədar işdən çıxarılıb. Axı həmin insan 260 manatlıq təqaüdlə necə yaşasın? Onların yaşına uyğun rollar var. Aktyora, sənət adamına bu dərəcədə münasibət bəsləmək düzgün deyil”.