Amerika kinematoqrafçıları XX əsrin ən yaxşı filmini seçiblər

Amerika kinematoqrafçıları XX əsrin ən yaxşı filmini seçiblər Bakı. 13 yanvar. REPORT.AZ/ Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibəti ilə XX əsrin ən yaxşı filmini seçib.
İncəsənət
13 Yanvar , 2019 10:54
Amerika kinematoqrafçıları XX əsrin ən yaxşı filmini seçiblər

Bakı. 13 yanvar. REPORT.AZ/ Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibəti ilə XX əsrin ən yaxşı filmini seçib.

“Report” TASS-a istinadən xəbər verir ki, birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış "Ərəbistan Laurensi" filmi ("Lawrence of Arabia") tutub.

ASC mütəxəssislərini filmin çəkildiyi şərait heyrətə gətirib. Xüsusən, filmin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt burada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş.

Bununla belə, çəkiliş qrupunun peşəkarlığı sayəsində yeddi "Oskar", dörd "Qızıl Qlobus" və bir çox başqa mükafatlara layiq görülən film ərsəyə gəlib.

Eyni zamanda ilk onluğa "Ülgüc üzərində qaçan" (1962), "Apokalipsis bu gün" (1979), "Vətəndaş Keyn" (1941), "Xaç atası" (1972), "Quduz öküz" (1980), "Konformist" (1970) , "Biçin günləri" (1978) , "2001-ci il: Fəza odiseyi" (1968) və "Fransa rabitəçisi" (1971).

Son xəbərlər

Orphus sistemi