Şəkidə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək

Şəkidə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək Bakı. 27 fevral. REPORT.AZ/ Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə Təbiətdən Tarixə adlı Beynəlxalq Simpozium keçiriləcək.
İncəsənət
27 Fevral , 2019 17:16
Şəkidə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/ Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə "Təbiətdən Tarixə" adlı Beynəlxalq Simpozium keçiriləcək.

ABAD-dan "Report"a verilən məlumata görə, məqsəd müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir.

Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək.

İki həftə davam edəcək simpoziumun sonunda iştirakçıların keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Qeyd edək ki, "Təbiətdən Tarixə" Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.

Son xəbərlər

Orphus sistemi