Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraq paylanılıb

Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraq paylanılıb Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraql
İKT
10 Noyabr , 2022 10:42
Zəfər və Bayraq günləri münasibətilə paytaxt sakinlərinə bayraq paylanılıb

Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. 8 Noyabr “Zəfər günü” və 9 Noyabr “Bayraq günü” münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olundu. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib. Vətəndaşlarımızın böyük sevinc və qürur hissi ilə qarşıladığı layihədən görüntüləri buradan izləyə bilərsiniz.

“Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

AKTİ - İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. Hal-hazırda İttifaqın 23 üzv könüllü təşkilatları var ki, respublika üzrə onların hərməylik göstərərək birgə fəaliyyəti təşkil olunur.

Son xəbərlər

Orphus sistemi