“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcək

“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcək “YouTube” qısa videoçarxların yaradılması üçün özünün “YouTube Shorts” xidmətini istifadəyə verəcək.
İKT
14 Sentyabr , 2020 22:52
“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcək

"YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

"Report" xəbər verir ki, bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib.

"Biz "YouTube Shorts"un yaradılması haqqında bildirməyə şadıq - qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında", - rəsmi bloqun relizində qeyd edilir.

"YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.

Son xəbərlər

Orphus sistemi