Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni platforma istifadəyə verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni platforma istifadəyə verib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Qarabug” (www.qarabug.az) informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasını istifadəyə verib.
İKT
11 İyul , 2023 15:41
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni platforma istifadəyə verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Qarabug” (www.qarabug.az) informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasını istifadəyə verib.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, platformanın yaradılmasına səbəb kibertəhlükəsizlik istiqamətində milli həllərə mentorluq dəstəyi göstərməkdir.

“www.qarabug.az” platforması kibertəhlükəsizlik sahəsinə yeni baxış gətirməklə yanaşı, sistemlərdəki zəifliklərin etik şəkildə açıqlanması mədəniyyətinin formalaşdırılması və ölkəmizdə güclü “bug bounty” ekosisteminin inkişaf etdirilməsi baxımından faydalı olacaq.

Klassik informasiya təhlükəsizliyi auditlərinə yeni alternativ olaraq yaradılan “Qarabug” startapına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi auditləri üzrə testlərə əhatəli yanaşma, audit olunacaq sistemlərdə fasiləsizliyin təmini və aşkar edilmiş boşluqların qorunması siyasətinin formalaşdırılması istiqamətində mentorluq dəstəyi göstərilib.

Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra digər milli kibertəhlükəsizlik istiqamətlərinin də inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir.

Onlardan birincisi ifrastrukturda informasiya təhlükəsizliyinə xidmət edən mühafizə sistemlərinin effektivliyinin testləri üçün nəzərdə tutulmuş “Tusi Couple” - zərərverici simulyasiyası alətidir.

İkincisi kiçik və orta ölçülü müəssisələrdə zərərverici aktivliyinin tədqiqi üçün “EDR, XDR” həllərində tətbiq edilən “Threat Hunting” modelinə alternativ zərərverici indikatorlarını (İOC) və izlərini mərkəzləşdirilmiş formada istifadəçi kompüterlərindən axtarmağa və analiz etməyə imkan verən “10C Hunter” alətidir.

Nəhayət sonuncu üçüncüsü isə kiberinsident araşdırmaları üçün ekpertiza məlumatlarının toplanması prosesini sadələşdirmək, tədqiqatın effektivliyini və sürətini artırılmaq üçün hazırlanan “Tusi Paleon” alətidir (https://mrl.cert.gov.az/).

Son xəbərlər

Orphus sistemi