“Xiaomi” smartfonların adında Mi əlavəsindən imtina edəcək

“Xiaomi” smartfonların adında Mi əlavəsindən imtina edəcək Çində artıq bəzi məhsulların adından Mi əlavəsi götürülüb
İKT
24 Avqust , 2021 15:08
“Xiaomi” smartfonların adında Mi əlavəsindən imtina edəcək

Çinin “Xiaomi” şirkətinin gələcək məhsulları Mi brendi altında buraxılmayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni cihazlar alternativ sxemə uyğun olaraq adlandırılacaq. Belə ki, yeni “Xiaomi Mi 12” yerinə “Xiaomi 12” təqdim ediləcək.

Qeyd edilir ki, Çində artıq bəzi məhsulların adından Mi əlavəsi götürülüb.

Son xəbərlər

Orphus sistemi