"WhatsApp" üzərindən zənglər "Windows Phone" üçün də aktivləşdirilib
İKT
- 26 iyun, 2015
- 05:19
Bakı. 26 iyun. REPORT.AZ/ İnteraktiv mesajlaşma tətbiqi olan “WhatsApp” zəng xidmətini “Windows Phone” istifadəçiləri üçün də aktiv edib.
“Report” Türkiyə mediasına istinadən bildirir ki, “WhatsApp” zəng xidməti apreldə “Android” istifadəçiləri, ardından da “iOS” istifadəçilərinin istifadəsinə verilib. “Windows Phone 8” və sonrakı əməliyyat sisteminə sahib olan cihazlar “WhatsApp”ın mövcud versiyasını yeniləməklə yeni xidmətdən istifadə edə bilərlər.
Qeyd edək ki, “WhatsApp” zəng xidməti istifadəçinin telefonundakı danışıq paketində olan dəqiqələri deyil, internet paketinin balansından istifadə edir. Simsiz şəbəkə üçün isə bütün digər sistemlərdə olduğu kimidir, istifadəçilər şəbəkəyə qoşulduqdan sonra xidmətdən istifadə edə bilərlər.
Son xəbərlər
03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17
Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək
Digər ölkələr00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57