“WhatsApp” çoxdan gözlənilən funksiya ilə təchiz edildi

“WhatsApp” çoxdan gözlənilən funksiya ilə təchiz edildi “WhatsApp” mesencerinin tezliklə təchiz ediləcəyi yeni proqramda müəyyən chatlardan gələn ismarıcları tamamilə bağlamaq mümkün olacaq.
İKT
112783
2 Oktyabr , 2020 13:55
“WhatsApp” çoxdan gözlənilən funksiya ilə təchiz edildi
0 : 00
0 : 00

“WhatsApp” mesencerinin tezliklə təchiz ediləcəyi yeni proqramda müəyyən chatlardan gələn ismarıcları tamamilə bağlamaq mümkün olacaq.

“Report” “Gizmochina”ya istinadən xəbər verir ki, “Android” əməliyyat sistemi üçün əlavənin bu funksiyaya malik beta versiyası sınaq mərhələsindədir.

Belə ki, aramsız icmarıclar göndərərək bezdirən hər hansı chat istifadəçilər tərəfindən qrupu tərk etmədən söndürülə biləcək. Əvvəllər “WhatsApp”da belə chatları 8 saat, bir həftə, bir il müddətinə bağlana bilirdisə, bundan belə “Telegram”da olduğu kimi, həmişəlik bağlana biləcək.

Bundan əlavə chatlar saxlancının menusu daha təfərrütlı olacaq. “WhatsApp”ın yeni funksiyasının işlək olduğu sabit versiyası yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi