"Vodafone Ukrayna" avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib

"Vodafone Ukrayna" avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib Ukrayna mediasına əsasən, "NEQSOL Holding"in tərkibinə daxil olan və Ukraynada fəaliyyət göstərən "Vodafone Ukrayna" telekommunikasiya şirkəti avrobondlar üzrə 12,4 milyon ABŞ dolları məbləğində növbəti kupon ödənişini həyata keçirib.
İKT
28 Fevral , 2023 14:41
Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti ödəniş edib

Ukrayna mediasına əsasən, "NEQSOL Holding"in tərkibinə daxil olan və Ukraynada fəaliyyət göstərən "Vodafone Ukrayna" telekommunikasiya şirkəti avrobondlar üzrə 12,4 milyon ABŞ dolları məbləğində növbəti kupon ödənişini həyata keçirib.

Müharibə nəticəsində Ukraynada yaranan iqtisadi çətinliklərə baxmayaraq, "Vodafone Ukrayna" avrobondlar üzrə növbəti kupon ödənişini vaxtında həyata keçirib. Avrobondların yerləşdirmə şərtlərinə əsasən kupon ödənişləri hər 6 aydan bir edilir.

Faiz məbləğindən başqa, "Vodafone Ukrayna" avrobondlar üzrə əsas məbləği də ödəməkdədir. Şirkət bu günədək əsas məbləğin 100 milyon ABŞ dolları hissəsini vaxtından əvvəl ödəyib.

Ekspertlərin fikrincə, qeyd olunanlar "Vodafone Ukrayna" şirkətinin öz öhdəliklərinə qarşı ciddi yanaşmasını və müharibə şəraitinə baxmayaraq şirkətin maliyyə stabilliyini və dayanıqlığını əks etdirir.

Xatırladaq ki, 11 fevral 2020-ci ildə "NEQSOL Holding"ə daxil olan "Vodafone Ukrayna" ilk dəfə avrobond emissiyası edib və beynəlxalq kapital bazarlarında 6,2 % dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avrobondların yerləşdirməsini həyata keçirib. Şirkət istiqrazların 6,2 % illik dərəcəsi ilə Ukraynadan olan korporativ emitentlər arasında avrobond emissiyası üzrə ən aşağı qiymətə nail olub.

Son xəbərlər

Orphus sistemi