VI dəfə keçirilən “Digital Marketing Conference 2023" yekunlaşdı!

VI dəfə keçirilən “Digital Marketing Conference 2023" yekunlaşdı! “Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə “Digital Marketing Conference” (DMC23) uğurla yekunlaşıb.
İKT
16 İyun , 2023 12:37
VI dəfə keçirilən “Digital Marketing Conference 2023 yekunlaşdı!

“Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə “Digital Marketing Conference” (DMC23) uğurla yekunlaşıb.

Facemark” MMC təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və "Endorphin/Rafineri" şirkətinin sponsorluğu ilə təşkil olunan konfransda rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olaraq ölçülə bilən və effektiv olan marketinq alətlərini peşəkar spikerlərin təqdimatlarında iştirakçılara çatdırılıb.

3 moderator və 11 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə rəqəmsal dünyaya dair müxtəlif mövzuları müzakirə ediblər.

Tədbir Dövlət Himni ilə başlayıb. “Facemark” şirkətinin təsisçisi “Rafiq Hunaltay”, “Code Academy” tədris müəssisəsinin təsisçisi və icraçı direktoru Ülvi Aslanov və "Rafineri" şirkətinin partnyoru Emre Kaplanın açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan ediblər.

“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu “Yaradıcı kontent və müştəri cəlbi" panelində "Rafineri" şirkətinin partnyoru Emre Kaplan, "Trilogy News" şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, "Ağıllı Nağıllar" şirkətinin təsisçisi İlham Əkbərli və "Endorphin" şirkətinin təsisçisi Orxan Kərimov təcrübələrini bölüşüblər. Panelin sonunda moderator və spikerlərə təşəkkür plaketləri təqdim olunub.

"Adsnerd" şirkətinin rəhbəri, "Google" premyer partnyoru və reklam eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli zamanı spikerlər - "Kapital Bank"ın Rəqəmsal Marketinq üzrə Proses Sahibi Kamran Babaşov, "Evido" şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi və "Google" şirkətinin Media Effektivliyi üzrə baş mütəxəssisi Mariia Bocheva rəqəmsal dünyaya dair həm təqdimaltar, həm də iştirakçılarla sual-cavab əsasında fikir mübadiləsi aparıblar.

"Code Academy" tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" adlı son panel baş tutub. ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, "Azerconnect" şirkətinin Machine Learning mühəndisi Nicat Zeynalov, "AzInTelecom" şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və "OnDigital" Agentliyinin təsisçisi Zamin Namazov panelin spikerləri olaraq süni intellekt və müasir texnologiyalar, kreativlik və yaradıcı düşüncə mövzusunda çıxış ediblər.

Konfransın sonunda müsabiqə keçirilərək iştirakçılar arasında qalib gələn şəxslərə müxtəlif şirkətlərdən dəyərli hədiyyələr təqdim olunub. Qeyd edək ki, tədbir zamanı iştirakçılar sertifikat əldə ediblər.

Facebook: https://www.facebook.com/dmcbaku.az/

İnstaqram: https://www.instagram.com/dmcbaku.az/

Linkedln:https://www.linkedin.com/company/digital-marketing-conference/

Son xəbərlər

Orphus sistemi