Üç sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları sızdırılıb

Üç sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları sızdırılıb “Facebook”, “İnstagram”, “Linkedin” sosial şəbəkələrin 150 milyondan artıq istifadəçisinə məxsus şəxsi məlumatlar kənara sızdırılıbmış.
İKT
28 Avqust , 2020 17:07
Üç sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları sızdırılıb

“Facebook”, “Instagram”, “Linkedin” sosial şəbəkələrinin 150 milyondan artıq istifadəçisinə məxsus şəxsi məlumatlar kənara sızdırılıbmış.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, DLBI (DarkNet Data Leakage & Breach Intelligence) Məlumatların sızıntısı hallarının kəşfiyyatı mərkəzi həmin istifadəçilərin adı, soyadı, telefon nömrəsi, elektron ünvanı, iş yeri və vəzifəsi kimi məlumatların açıq tədavüldə olduğunu müəyyənləşdirib.

Həmin məlumatların Çinin “Shenzen Benniao Social Technology” şirkətinə məxsus, serveri ABŞ-da “Alibaba” platformunda yerləşən “Elasticsearch” axtarış sistemində olduğu bildirilir.

DLBI ötən həftə həmçinin “Twitter” və “Weibo” şəbəkələrinin 200 milyon istifadəçilərinə, bu həftə isə “Linkedin”in 57 milyon istifadəçilərinə məxsus məlumatların yerləşdiyi server aşkarlayıb.

Son xəbərlər

Orphus sistemi