“Twitter” hakerlərin əldə etdiyi məlumatlarla bağlı qaydaları dəyişdirir

“Twitter” hakerlərin əldə etdiyi məlumatlarla bağlı qaydaları dəyişdirir “Twitter” şəbəkəsi haklanmış (hakerlər tərəfindən əldə edilən) məlumatların yayılmasına dair siyasətinə dəyişiklik edir.
İKT
1545
16 Oktyabr , 2020 12:37
“Twitter” hakerlərin əldə etdiyi məlumatlarla bağlı qaydaları dəyişdirir

“Twitter” şəbəkəsi haklanmış (hakerlər tərəfindən əldə edilən) məlumatların yayılmasına dair siyasətinə dəyişiklik edir.

“Report” xəbər verir ki, bundan belə hakerlər və ya onlarla əlbir olanlar tərəfindən paylaşılanlar istisna olmaqla haklanmış məlumatlar silinməyəcək, linklər isə bloklanmayacaq. Həmçinin paylaşılan linkləri bloklamaq əvəzinə mənbəni qorumaq üçün paylaşımlar işarələnəcək.

Belə ki, şəbəkədə hüquqi məsələlərin kuratoru Vicayə Qadde öz hesabından məsələyə dair məlumat verib:

“Son 24 saatda biz dünən haklanan materiallar siyasətimizi necə həyata keçirdiyimizə dair tənqiddən tutmuş dəstəyədək xeyli rəylər almışıq. Həmin rəylərə nəzər yetirdikdən sonra biz bu siyasətimizə dəyişiklik etmək qərarına gəldik. Niyə? Biz bir çox istənməyən nəticələr ola biləcəyi barədə narahatlığımızı “Twitter”in ictimai ünsiyyətə xidmət etmək məqsədinə zidd yollarda olan jurnalistlərə, fitnəkarlara və başqalarına ünvanlamaq istəyirik”.

2018-ci ildən “Twitter”də şəxsi məlumatları qorumaq üçün bütün haklanmış materiallar dərhal silinirdi. Bu günlərdə “Twitter” və “Facebook” “New York Post”da dərc olunan bir məqalənin yerkləşdirilməsinə məhdudiyyətlər tətbiq ediblər. Həmin məqalədə Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenin oğlu Hanter ilə Ukraynanın “Burisma” qaz şirkətinin rəhbəri Vadım Pojarski arasında hüquqdan kənar işgüzar əlaqələri üzə çıxaran bəzi məktublar açıqlanır. Həmin məqalə dərc ediləndən sonra hazırkı respublikaçı Prezident Donald Tramp Co Baydeni yalan danışmaqda və korrupsiyaya bulaşmaqda ittiham edib.

Respublikaçılar Partiyası da bu məqaləyə tətbiq etdiyi məhdudiyyətə görə “Twitter”i kəskin tənqid edib.

Son xəbərlər

Orphus sistemi