Türkiyənin daha 4 televiziya kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

Türkiyənin daha 4 televiziya kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb Bu aydan Türkiyənin daha 4 televiziya kanalı - “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.
İKT
17 Mart , 2022 11:39
Türkiyənin daha 4 televiziya kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

Bu aydan Türkiyənin daha 4 televiziya kanalı - “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.

Məlumatda deyilir ki, “TMB TV”-də əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” -də daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV”-nin gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Son xəbərlər

Orphus sistemi