"TikTok"un prezidenti istefa verib

"TikTok"un prezidenti istefa verib Çinin "TikTok" sosial şəbəkə saytının rəhbəri Kevin Mayer tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
İKT
27 Avqust , 2020 11:44
TikTokun prezidenti istefa verib
Kevin Mayer

Çinin "TikTok" sosial şəbəkə saytının rəhbəri Kevin Mayer tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Şirkətdən ayrılmaq qərarına gəldim <...> və ürəkağrısı ilə bu barədə sizə məlumat verməliyəm", - telekanal Mayerdən sitat gətirib.

Son bir neçə həftədə "siyasi mənzərə kəskin şəkildə dəyişdi" və korporativ prioritetləri "ciddi şəkildə nəzərdən keçirməyə" məcbur olduğunu bildirən K.Mayer: tərk etdiyi şirkətin "parlaq gələcəyinə" inandığını da bildirib.

Xatırladaq ki, “TikTok” istifadəçilərinə sosial şəbəkəyə qısa videolar göndərməyə imkan verən bir tətbiqdir. Çin şirkəti “ByteDance” tərəfindən 2016-cı ildə “Douyin” adı ilə bazara çıxarılıb.

Bu il iyulun 31-də ABŞ Prezidenti Donald Trump “TikTok”u ölkəsində qadağan etməyi planlaşdırdığını açıqladıqdan sonra, avqustun 14-də “ByteDance” və onun törəmə şirkətlərini sənədin dərc edildiyi gündən etibarən 90 gün ərzində (30 gün uzadılması imkanı ilə) Amerika torpaqlarında sosial şəbəkə ilə əlaqəli bütün aktivlərdən imtina etməyi məcbur edən bir sərəncam imzaladı. Bundan başqa, “ByteDance” “TikTok” və onunla əlaqəli “Musical.ly” sosial şəbəkəsindən əldə olunan bütün istifadəçi məlumatlarından yaxa qurtarmalı və bu barədə ABŞ Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi