Azərbaycanla TDT arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla TDT arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Türk Dövlətləri Təşkilatının baş katibi ilə Rəşad Nəbiyev arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
İKT
16 Dekabr , 2022 19:49
Azərbaycanla TDT arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi ilə Rəşad Nəbiyev arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviterdə bildirib.

Nazir Türk Dövlətləri Təşkilatının yeni təyin olunmuş Baş katibi Kubanıçbek Omuralievin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Ölkəmizin təşkilatla nəqliyyat və İKT sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini müzakirə etdik. Nümayəndə heyətinə Zəngəzur dəhlizinin üzv dövlətlər üçün əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun inşası üzrə görülən işlər barədə məlumat verdik. Orta Dəhliz boyunca tranzitin asanlaşdırılması, o cümlədən nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər haqqında danışdıq”, - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi