Tamerlan Tağıyev: "Bir sıra ölkələrin rəqəmsallaşma təcrübəsini öyrənmişik"

Tamerlan Tağıyev: "Bir sıra ölkələrin rəqəmsallaşma təcrübəsini öyrənmişik" “TEKNOFEST-Azərbaycan"ın keçirilməsindən həm faydalanmaq istədik, həm də partnyorlarımızı ölkəmizə dəvət etmək istədik”.
İKT
28 May , 2022 13:45
Tamerlan Tağıyev: Bir sıra ölkələrin rəqəmsallaşma təcrübəsini öyrənmişik
Tamerlan Tağıyev

“TEKNOFEST-Azərbaycan"ın keçirilməsindən həm faydalanmaq istədik, həm də partnyorlarımızı ölkəmizə dəvət etmək istədik”.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum rəqəmsallaşma ilə bağlı bir sıra ölkələrin təcrübəsini öyrənib: “Yaxşı hal odur ki, dünyada ən böyük transformasiya mərkəzi olan MEXT Texnoloji Mərkəzi Türkiyədə yerləşir. Biz onlarla tərəfdaş olduq və artıq bir neçə layihə həyata keçirmişik. Azərbaycanda seminar təşkil etmişik. Bu gün isə sərgidə onların və tərəfdaşlarının həllərini nümayiş etdiririk. Misal üçün, bir stendimizdə “Virtual gözlüklər” vasitəsilə MEXT Transformasiya Mərkəzinə virtual tur təşkil olunur. Digər stendimizdə isə fabriklərin virtual ekizləri yaradılır. Məhz həmin ekizlər üzərində test rejimində müəyyən həllər həyata keçirmək olur. Misal üçün, əlvan metallarla işləyən zavodda temperaturun artıb-azalması nəticəsində hansı proses baş verə bilərsə biz rəqəmsal ekiz üzərində onu sınayıpb nəticəni görə bilərik. Bu da sonrada istehsalatda tətbiq oluna bilir. Eyni zamanda istehsalat, sənaye sahələrində təhlükəsizliklə bağlı həllərimiz var. Belə ki, həmin sahədə qoruyucu vasitə geyinmədən hərəkət edən, yaxud hansısa səbəbdən yıxılıb huşunu itirən işçi dərhal sistem vasitəsi ilə aşkar edilir və dərhal reaksiya verilir", - deyə o, qeyd edib.

"Biz Dünya İqtisadi Forumu ilə də biz sıx əməkdaşlıq edirik. Bu əməkdaşlığımız əsasən 3 platforma üzərindən həyata keçirilir. Onlar süni zəka və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası və həmçinin rəqəmsal ticarət platformalarıdır. Bu sahədə də həm təcrübənin Azərbaycana gətirilməsi, həm də həllərin Azərbaycanda geniş tətbiq olunması üçün işlər görməkdəyik”, - deyə T.Tağıyev əlavə edib.

4SİM rəhbəri Azərbaycanda tezliklə yeni strategiyaların qəbul olunacağını da deyib: “Müxtəlif ölkələrdə IV Sənaye Inqilabı, rəqəmsal iqtisadiyyat, eyni zamanda süni zəka üzrə strategiyalar qəbul edilib. Biz də mərkəz olaraq həmin strategiyaların Azərbaycanda qəbul olunması üçün artıq təşəbbüslərlə irəli çıxmışıq. Ümid edirik ki, yaxın zamanda bu strategiyalar Azərbaycanda da tətbiq olunacaq və qəbul ediləcək. Strategiya hazırlandıqda əvvəl bizim bu günkü günümüz analiz olunmalıdır. Bu sahədə vəziyyət nə yerdədir və ona uyğun şəkildə biz gələcəyə baxışıımızı həmin sənədlərdə əks etdirəcəyik. “TEKNOFEST Azərbaycan”ın ölkəmizdə keçirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin 4SİM-in yaradılması ölkəmizdə bu sahəyə ölkə rəhbərliyi səviyyəsində böyük önəm verildiyini göstərir. Əminəm ki, yaxın gələcəkdə bu sahədə böyük sıçrayış baş verəcək”.

Son xəbərlər

Orphus sistemi