“STAR.VISION”: Lazer rabitəsi peyklərarası əlaqəni 100 dəfə sürətləndirəcək

“STAR.VISION”: Lazer rabitəsi peyklərarası əlaqəni 100 dəfə sürətləndirəcək Lazer rabitəsi peyklərarası kommunikasiya sürətini ənənəvi üsullarla müqayisədə 100 dəfədən çox artırır.
İKT
24 aprel 2025 15:04
“STAR.VISION”: Lazer rabitəsi peyklərarası əlaqəni 100 dəfə sürətləndirəcək

Lazer rabitəsi peyklərarası kommunikasiya sürətini ənənəvi üsullarla müqayisədə 100 dəfədən çox artırır.

“Report” xəbər verir ki, bunu “STAR.VISION”şirkətinin nümayəndəsi Brüs Vey (Bruce Wei) Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) səsləndirib.

Onun sözlərinə görə, hazırda dünyada hələ də internetə çıxışı olmayan 2,6 milyard insan yaşayır və dünya ölkələrinin təxminən yarısının öz kosmik agentliyi yoxdur.

“Bu səbəbdən düşünürük ki, kosmik texnologiyalar dünyanı birləşdirə bilər. Bu kontekstdə ortaya çıxan əsas sual budur: kosmosda yeni nəsil qlobal şəbəkəni necə qurmalıyıq? Burada həyata keçirdiyimiz Oriental Smart Eye (OSE) proqramını xatırlatmaq istərdim. Bu proqram çərçivəsində 252 peykdən ibarət qlobal sistem formalaşdırılır. Bu il ərzində 10 peykin buraxılması planlaşdırılıb, artıq dörd peyk orbitdədir. İlin sonunadək daha altısının buraxılması nəzərdə tutulur. Növbəti 5-7 il ərzində isə bütövlükdə 252 peyk orbitə çıxarılacaq”, - deyə o bildirib.

B. Vey əlavə edib ki, şirkət bu ilin dördüncü rübündə lazer rabitə peykini orbitə çıxarmağı planlaşdırır:

“Peyklər bir-biri ilə çox sürətli şəkildə əlaqə qurmalıdır. Lazer rabitəsinin ötürmə sürəti saniyədə 100 gigabitə çata bilər ki, bu da ənənəvi rabitə üsullarından 100 dəfədən çox yüksəkdir. Biz tərəfdaşlarımızı bu missiyaya qoşulmaq imkanlarını nəzərdən keçirməyə dəvət edirik”.

Son xəbərlər

Orphus sistemi