“SpaceX” şirkəti “Starlink” internet peyklərinin növbəti partiyasını orbitə çıxarıb

“SpaceX” şirkəti “Starlink” internet peyklərinin növbəti partiyasını orbitə çıxarıb “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.
İKT
23 Dekabr , 2023 11:57
“SpaceX” şirkəti “Starlink” internet peyklərinin növbəti partiyasını orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" “SpaceX” inkişaf şirkətinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından bəri 131-ci, 2023-cü ilin əvvəlindən isə 62-ci buraxılışdır.

“SpaceX” artıq orbitə 5,6 mindən çox belə peyk çıxarıb, onlardan bəziləri uğursuz olub.

Son xəbərlər

Orphus sistemi