“SpaceX” rabitə təmin etmək üçün ABŞ Kosmik Qüvvələri ilə müqavilə imzalayıb

“SpaceX” rabitə təmin etmək üçün ABŞ Kosmik Qüvvələri ilə müqavilə imzalayıb Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri ilə öz “Starshield” sistemindən istifadə edərək ordunu peyk rabitəsi ilə təmin etmək üçün ilk müqavilə imzalayıb.
İKT
28 Sentyabr , 2023 04:36
“SpaceX” rabitə təmin etmək üçün ABŞ Kosmik Qüvvələri ilə müqavilə imzalayıb

Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri ilə öz “Starshield” sistemindən istifadə edərək ordunu peyk rabitəsi ilə təmin etmək üçün ilk müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Bildirilib ki, “SpaceX” ölkənin Kosmik Qüvvələrindən “Viasat” da daxil olmaqla digər 15 şirkətlə müqavilələr üçün rəqabət aparır. “SpaceX” və ABŞ ordusu arasında müqavilə sentyabrın 1-də imzalanıb, o, bir il müddətinə nəzərdə tutulub, müqavilə üzrə maksimum xərclər 70 milyon dollarla məhdudlaşdırılıb.

Xatırladaq ki, daha öncə Mask “SpaceX”in “Starlink” ilə identik olan, lakin miqyasına görə ondan geri olan və ABŞ hökumətinin nəzarəti altında olacaq “Starshield” şəbəkəsini yaratdığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi