"Skype"ın işində problem yaranıb

"Skype"ın işində problem yaranıb Şirkət rəhbərliyi servis istifadəçilərindən üzr istəyir
İKT
152
21 Sentyabr , 2015 14:32
Skypeın işində problem yaranıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Skype" servisində problem yaranıb və o, fasilələrlə işləyir. "Report" servisin rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilər "Skype"a girişdə və ya onların "onlayn görünmələrində" problem yaşayırlar. 

Servis yaranmış problemlə bağlı istifadəçilərdən üzr istəyir və problemin yaxın zamanda aradan qaldıracağını bildirir. İstifadəçilərə servisin normal işi bərpa olunana qədər, veb-versiyadan istifadə etmək təklif olunur.

Qeyd edək ki, əvvəlcə servisin işləməsi haqda sosial şəbəkə istifadəçilər məlumat yayıblar. İlkin olaraq bildirilirdi ki, nasazlıq ancaq statusun dəyişdirilməsilə bağlıdır. Həmçinin servisdə olan istifadəçilər "oflayn" kimi göstərilir və servis vasitəsilə zəng etmək mümkün olmur. 

Son xəbərlər

Orphus sistemi