Sinqapurda avtomobil satan 15 mərtəbəli avtomat istifadəyə verilib

Sinqapurda avtomobil satan 15 mərtəbəli avtomat istifadəyə verilib Maşın almaq üçün sensorlu ekranda münasib modeli seçmək kifayətdir
İKT
17 May , 2017 03:28
Sinqapurda avtomobil satan 15 mərtəbəli avtomat istifadəyə verilib
hiveminer.com

Bakı. 17 may. REPORT.AZ/ Sinqapurda idman avtomobillərinin satışı üzrə 15 mərtəbəli avtomat istifadəyə verilib.

"Report" xəbər verir ki, "Autobahn Motors" şirkəti tərəfindən inşa edilən bina 60 ədəd avtomobil tutumuna malikdir.

Müştərinin maşın almaq üçün birinci mərtəbədə yerləşən sensorlu displeydə münasib modeli seçməsi tələb olunur. Seçim edildikdən sonra avtomat lazımi idman avtomobilini alıcıya təqdim edir. Ödəniş onlayn həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi