Rusiya şirkəti Azərbaycana texnoloji ideyalar təqdim edəcək

İKT
  • 17 noyabr, 2021
  • 15:12
Rusiya şirkəti Azərbaycana texnoloji ideyalar təqdim edəcək

Rusiyanın informasiyanın mühafizəsi üzrə proqram və aparat vasitələri istehsalçısı olan “Kod Bezopasnosti” şirkəti Azərbaycanın “Virtual Azərbaycan” şirkətinə texnoloji ideyalar və məhsullar təqdim edəcək.

Bunu “Report”a “Kod Bezopasnosti” şirkətinin strateji və beynəlxalq layihələr üzrə direktor müavini Oleq Kravçuk bildirib.

O qeyd edib ki, bu ideyaların Azərbaycan şirkətinə təqdim edilməsi oxşar, lakin Azərbaycan bazarının tələblərinə cavab verən milli avadanlıqlar yaratmağa imkan verəcək.