Rusiyanın ən böyük internet holdinqi qiymətləri müqayisə edən xidmətini bağlayır

İKT
  • 24 noyabr, 2018
  • 09:27
Rusiyanın ən böyük internet holdinqi qiymətləri müqayisə edən xidmətini bağlayır

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu il dekabrın 24-dən etibarən Rusiyanın ən böyük internet holdinqi olan “Mail.ru” saytında qiymətlərin müqayisəsini təqdim edən xidmətini bağlayacaq.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Mail.ru Group" şirkətinin saytında bildirilir.

“23 dekabr 2018-ci il tarixindən yeni iştirakçı qeydiyyatı üçün ərizə qəbulunu dayandırır, ödəmələrin qəbuluna son qoyuruq”, - məlumatda qeyd olunub. 

Həmin xidmətin dayandırılması tələbatın azalması ilə əlaqələndirilir. 

Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən həmin xidmət müxtəlif malları axtarmaq və satış məntəqələrində eyni adda malların qiymətlərini müqayisə etmək üçün istifadə olunurdu. 

44 filmi