Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib

İKT
  • 25 yanvar, 2017
  • 16:27
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib

Bakı. 25 yanvar. REPORT.AZ/ “Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olunub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, bu xidmətdən istifadə etməklə “Azərpoçt” MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.

“Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan pəncərədə poçt məntəqəsi ilə bağlı bütün məlumatlarla tanış olmaq mümkündür. 

Son xəbərlər

Bütün Xəbər Lenti