Prezident İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb Azərbaycan Prezidenti həmçinin “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
İKT
21 Yanvar , 2016 15:14
Prezident İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub. “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin bu gün Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıl;b.

Son xəbərlər

Orphus sistemi