Ötən il kiberhücuma məruz qalmış az. kodlu informasiya resurslarının sayı açıqlanıb

Ötən il kiberhücuma məruz qalmış az. kodlu informasiya resurslarının sayı açıqlanıb 2022-ci ildə az. kodlu 97 informasiya resursuna qarşı kiberhücumlar təşkil olunub.
İKT
26 Yanvar , 2023 14:24
Ötən il kiberhücuma məruz qalmış az. kodlu informasiya resurslarının sayı açıqlanıb

2022-ci ildə az. kodlu 97 informasiya resursuna qarşı kiberhücumlar təşkil olunub.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov məlumat verib.

"Həmin veb-resursların 34 %-də informasiya resursu düzgün və təhlükəsiz kodlanmayıb, 66 %-də isə server sazlamaları düzgün qurulmayıb və onlar hakerlərin hədəfinə çevrilib. Analizlər, eyni zamanda bu veb-resursların 8-nin təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazımı tədbirləri görmədiyini ortaya çıxarıb. Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 51 %-nin ABŞ, 15 %-nin İngiltərə, 11 %-nin Azərbaycan, 8 %-nin Almaniya, 7 %-nin Rusiya, 7%-nin Estoniya, 1%-nin isə Litvada saxlanıldığı (hostinq) müəyyən olunub”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi