Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq "Azercell"in dəstəyi ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılır!
İKT
6 Aprel , 2023 17:38
Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

"Azercell"in dəstəyi ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılır!

Dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə olaraq Azərbaycan da iştirak edir.

NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") təşkilatının ABŞ-də keçirdiyi bu yarışda ölkəmizi 14-18 yaş arasında olan 22 gənc "MeckHack #9030" komandası adı altında təmsil edir.

Yarışmaya "Azercell Telecom"un dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan komanda iştirakçıları bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edəcək. Azərbaycanı təmsil edənlər müxtəlif ölkələrdən yarışa qatılan 48 komanda ilə mübarizə aparacaq. Müsabiqənin nəticələri aprelin 9-da baş tutacaq final mərhələsindən sonra açıqlanacaq.

“FIRST Robotics Competition” orta məktəb şagirdləri arasında keçirilən beynəlxalq robototexnika yarışmasıdır. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunur. Hər il orta məktəb tələbələri, məşqçilər və mentorlardan ibarət komandalar müəyyən müddət ərzində robotlar hazırlamaq üçün işləyirlər.

"Azercell" gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda işi kimi vacib bacarıqları inkişaf etdirən yarışmada Azərbaycanın gənc robototexniklərinə uğurlar arzu edir!

Son xəbərlər

Orphus sistemi