NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb

NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb Problem lokal deyil, qlobal xarakter daşıyıb
İKT
19 İyun , 2021 15:33
NRYTN: WhatsApp və Instagram platformalarına daxilolmada problem yaranıb

Bu gün "WhatsApp" və "Instagram" kimi beynəlxalq platformalara daxilolmada problem yaranıb.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYT) bildirilib.

Məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb: "Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb".

Son xəbərlər

Orphus sistemi