​​​​​​​Novruz ərəfəsində sosial şəbəkələrdə "Azercell"lə daha aktiv ol!

​​​​​​​Novruz ərəfəsində sosial şəbəkələrdə "Azercell"lə daha aktiv ol! Lider mobil operator bayrama özəl sərfəli “Sosial Şəbəkə” paketlərini təqdim edir
İKT
14 Mart , 2023 17:31
 ​​​​​​​Novruz ərəfəsində sosial şəbəkələrdə Azercelllə daha aktiv ol!

Lider mobil operator bayrama özəl sərfəli “Sosial Şəbəkə” paketlərini təqdim edir

Bayram ərəfəsində abunəçilərinin sosial şəbəkələrdə daha çox vaxt keçirdiyini nəzərə alan "Azercell Telecom" MMC onları xüsusi internet paketləri ilə sevindirir.

Lider mobil operator "Instagram", "Facebook", "YouTube" və "TikTok"un fəal istifadəçilərinə əsas internet paketlərinin trafikini sərf etmədən çoxçeşidli “Sosial Şəbəkə” paketlərindən yararlanmaq imkanı verir. Kampaniya martın 31-nə qədər "Azercell"in “GəncOL”, “Sərbəst”, “İstəSən” tariflərinin, eləcə də aylıq internet paketlərinin abunəçiləri üçün keçərlidir.

“Sosial Şəbəkə” paketlərindən faydalanmaq üçün müvafiq açar sözünü 2525 qısa nömrəsinə göndərmək və yaxud telefonun ekranında müvafiq USSD kodunu yığmaq kifayət edir. Paketlərin istifadə müddəti aktiv edilən tarixdən 30 gün təşkil edir və müddət bitdikdən sonra paketlər yenilənmir.

“Azercell Telekom” bütün Azərbaycan xalqını Torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir!

Son xəbərlər

Orphus sistemi