“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq

“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq Finlandiyanın “Fortum” energetika şirkətinin keçmiş rəhbəri Pekka Lundmark “Nokia” telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsinin icrasına gözləniləndən tez başlayacaq.
İKT
118
24 İyun , 2020 12:00
“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq

Finlandiyanın “Fortum” energetika şirkətinin keçmiş rəhbəri Pekka Lundmark “Nokia” telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsinin icrasına gözləniləndən tez başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Nokia” şirkətindən bildiriblər.

Qeyd olunub ki, Pekka Lundmark daha əvvəl açıqlandığı kimi sentyabrdan yox, avqustun 1-dən etibarən yeni işinin icrasına başlayacaq. Eyni zamanda “Nokia”nın hazırkı rəhbəri Raciv Surinin iyulun 31-də səlahiyyətlərini təhvil verəcəyi və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətinin müşaviri vəzifəsində çalışacağı vurğulanıb.

Lundmark “Nokia”nın 5G avadanlıqları bazarında qarşılaşdığı bir sıra çətinlikləri həll etməli olacaq. O cümlədən “Reuters” agentliyi Avropanın ən böyük telekommunikasiya operatorlarından biri olan “Deutsche Telekom”un Finlandiya brendinin 5G-avadanlıqlarını ən pis adlandırdığını yazıb. Bundan əlavə, 5G seqmentində şirkət İsveçin “Ericsson” və Çinin “Huawei” şirkətləri tərəfindən artan rəqabətlə rastlaşır.

Qeyd edək ki, “Nokia” mobil, sabit, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlıqları istehsal edir. Onun səhmləri Frankfurt, Nyu York və Helsinki birjalarında yerləşdirilib.

Qərargahı Espooda (Finlandiya) olan “Nokia” şirkətinin 2019-cu ilin yekunları üzrə əməliyyat mənfəəti 2 milyard avroya çatıb.

Son xəbərlər

Orphus sistemi