"NETTY 2022" İnternet Mükafatları ərizələri qəbul etməyə davam edir

"NETTY 2022" İnternet Mükafatları ərizələri qəbul etməyə davam edir Azərbaycanda "NETTY 2022"in Milli İnternet Mükafatı davam edir. Hal hazırda 100-dən artıq müxtəlif ərizələr təqdim edilib.
İKT
10 Noyabr , 2022 12:05
NETTY 2022 İnternet Mükafatları ərizələri qəbul etməyə davam edir

Azərbaycanda "NETTY 2022"in Milli İnternet Mükafatı davam edir. Hal hazırda 100-dən artıq müxtəlif ərizələr təqdim edilib.

2022-ci ildə "NETTY" çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və Cəmiyyət

2. İqtisadiyyat və Biznes

3. Maliyyə və Banklar

4. Elm, Təhsil və İnnovasiya

5. Səhiyyə, İdman və Turizm

6. İnformasiya və Xəbərlər

7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Müsabiqən iştirakçılarının ərizə qəbulu, virtual Münsiflər Heyətinin və Ekspert Şurasının formalaşması noyabrın 30-dək www.netty.az saytında davam edəcək.

Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.

Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də "NETTY Akademiyası" namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun və icra.

"NETTY 2022"nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir.

Səsvermə başlanana qədər müsabiqənin bir hissəsi olmaq üçün bir neçə imkan yaradılır: iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.

"İştirakçılar" - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

Layihənin informasiya tərəfdaşları: Oxu.az, Media.az, «Каспий» qəzeti, Infocity jurnalı.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi