Nazir müavini: "Azərbaycanda innovasiya və investisiyalarla bağlı yeni qanunlar hazırlanır"

Nazir müavini: "Azərbaycanda innovasiya və investisiyalarla bağlı yeni qanunlar hazırlanır" Bakı. 28 fevral. REPORT.AZ/ Ölkəmizdə innovasiyalar və investisiyalarla bağlı yeni qanunlar hazırlanır. Hesab edirəm ki, bu qanunlar həmin sahələrə marağı artıracaq.
İKT
28 Fevral , 2018 14:50
Nazir müavini: Azərbaycanda innovasiya və investisiyalarla bağlı yeni qanunlar hazırlanır

Bakı. 28 fevral. REPORT.AZ/ "Ölkəmizdə innovasiyalar və investisiyalarla bağlı yeni qanunlar hazırlanır. Hesab edirəm ki, bu qanunlar həmin sahələrə marağı artıracaq".

"Report" xəbər verir ki, bunu "Microsoft" Korporasiyasının Bakıda təşkil etdiyi İnnovasiya Forumunda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, martın 1-dən yeni qrant müsabiqəsi elan ediləcək: "Martın 1-dən aprelə kimi siz də öz təkliflərinizi müsabiqəyə təqdim edə bilərsiniz".

Son xəbərlər

Orphus sistemi