Naxçıvanda informasiya və rabitə xidmətləri artıb

Naxçıvanda informasiya və rabitə xidmətləri artıb Bu sahələr üzrə xidmətlərinin dəyəri 4,7 dəfə çoxalıb
İKT
7 Oktyabr , 2017 02:46
Naxçıvanda informasiya və rabitə xidmətləri artıb
Courtesy İmage

Bakı. 7 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına da zəmin yaradıb.

"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2016-cı ildə 48 milyon 727 min 200 manat olub ki, bu da 2006-cı ildəki müvafiq göstəricidən 4,7 dəfə çoxdur.

Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsi olaraq 1 yanvar 2017-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 126,6 min kompüter mövcud olub. Bu da 1 yanvar 2007-ci il tarixə olan göstəricidən 6,2 dəfə çoxdur.

Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 28 ədəd təşkil edib. 1 yanvar 2017-ci il tarixə muxtar respublikada kompüter istifadəçilərinin sayı 337 min nəfər, internetdən istifadə edənlərin sayı isə 368 min nəfər olub.

Rabitə sahəsində aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq, muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı internet, 99 faizində simsiz internet xidmətləri təşkil edilib.

Son xəbərlər

Orphus sistemi