Naxçıvanda dövlət strukturlarının informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib

İKT
  • 12 noyabr, 2026
  • 16:15
Naxçıvanda dövlət strukturlarının informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib

Naxçıvan Muxtar Respublikasında dövlət strukturlarının informasiya təhlükəsizliyi sahəsində üzə çıxan nöqsanlar müzakirəyə çıxarılıb.

"Report" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, müzakirələr qurumun muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları və ali təhsil müəssisələrinin təmsilçiləri üçün informasiya təhlükəsizliyi risklərinin idarə edilməsinə həsr olunan təlim proqramı çərçivəsində aparılıb.

Təlimin əsas hədəfi Naxçıvanda dövlət orqanlarının informasiya təhlükəsizliyi sahəsindəki mövcud vəziyyətinin dəyərləndirilməsi, informasiya təhlükəsizliyi risklərinin aşkarlanması və idarə edilməsi, habelə risklər reyestrinin tərtib olunması üzrə praktiki bilgilərin genişləndirilməsi və qurumlara metodoloji yardımın göstərilməsi olub.

Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli qərarı ilə qüvvəyə minmiş "İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası"nın tələblərini və dövlət orqanlarının üzərinə düşən vəzifələri iştirakçıların nəzərinə çatdıraraq, vurğulayıb ki, həmin qərara uyğun olaraq dövlət qurumları altı aylıq müddət ərzində informasiya təhlükəsizliyi riskləri reyestrini hazırlamalı, mövcud təhdid və zəif nöqtələri müəyyənləşdirməli, risklərin minimuma endirilməsi üzrə konkret addımları, cavabdeh şəxsləri və icra vaxtlarını təyin etməlidirlər.

Çıxışlarda başlıca prioritetin informasiya aktivlərinin mühafizəsi, risklərin dəqiq qiymətləndirilməsi və onların aradan qaldırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi olduğu bildirilib. Eyni zamanda çıxışlarda Dövlət Xidmətinin "Təhdidlər və həllər" kataloqunun yenilənməsi və dövlət orqanlarının hazırladığı risklər reyestrlərinin normativ standartlara uyğunluğunun dəyərləndirilməsi istiqamətindəki tapşırıqlar barədə ətraflı məlumat verilib. Qurum dövlət orqanlarında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, risklərin idarə olunmasında sistemli yanaşmanın yaradılması və normativ tələblərin yerinə yetirilməsinin təmin edilməsi sahəsində işini davam etdirir.

44 filmi