Naxçıvanda dövlət qurumlarına aid ilk sayt “gov.az” zonasına köçürülüb

Naxçıvanda dövlət qurumlarına aid ilk sayt “gov.az” zonasına köçürülüb Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər hə
İKT
29 Dekabr , 2022 12:10
Naxçıvanda dövlət qurumlarına aid ilk sayt “gov.az” zonasına köçürülüb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Naxçıvan MR-da dövlət qurumlarına aid ilk internet səhifəsini “gov.az” zonasına köçürüb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, söhbət yerli Rabitə və Yeni Texnologiyalar Nazirliyinin saytından (nmincom.gov.az) gedir. Bunun üçün Xidmətin əməkdaşları müvafiq təhlillər aparıb. Saytda audit yoxlamaları aparıldıqdan sonra resurs "gov.az" zonasında yerləşdirilib.

Muxtar respublikada 11 dövlət qurumunun internet səhifəsini yerli Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları yeniləyib. Belə ki, Naxçıvan MR Nazirlər Kabineti (nnk.gov.az), Ali Məhkəmə (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyası (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyi (nagro.gov.az), Energetika Dövlət Xidməti (nminenergy.gov.az) və Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.

Son xəbərlər

Orphus sistemi