Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni "nagro.gov.az" və "ndim.gov.az" domen adları ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.
Bu barədə "Report"a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.