“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən, m
İKT
10 Oktyabr , 2024 16:02
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən, müsabiqədə qeydiyyat netty.az/az/registration səhifəsi üzərindən açıq elan edilir.

Elm, təhsil və innovasiya, səhiyyə, idman və turizm, məlumat və xəbərlər kimi geniş spektri əhatə edən 9 nominasiyada vebsaytlar, tətbiqlər və sosial media layihələri müsabiqədə iştirak üçün təqdim edilə bilər.

Hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. “Nar”ın KSM layihələri haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər

Orphus sistemi