"Nar"ın internet paketlərində dəyişiklik ediləcək

İKT
  • 22 aprel, 2016
  • 09:51
Narın internet paketlərində dəyişiklik ediləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın üçüncü mobil rabitə operatoru olan "Nar" şirkəti mayın 2-dən etibarən internet paketlərinin pik saatlarında dəyişikliklər edəcək.

“Report” rəsmi KİV-ə istinadən xəbər verir ki, bu tarixdən etibarən internet paketləri üçün qeyri-pik vaxtı saat 01:00-dan 09:00-dək, pik vaxtı isə saat 09:00-dan 01:00-dək müəyyən ediləcək.

44 filmi