“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!

“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq! Sərfəli təklifləri ilə regionlara daha yaxın olmaq üçün “Nar” bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival”ın əsas tərəfdaşıdır. İyunun 8-9-da Şamaxı rayonunda keçiriləcək festivalla əlaqədar olaraq, “Nar” dəyərli hədiyyələrlə dol
İKT
6 İyun , 2024 09:48
“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!

Sərfəli təklifləri ilə regionlara daha yaxın olmaq üçün “Nar” bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival”ın əsas tərəfdaşıdır. İyunun 8-9-da Şamaxı rayonunda keçiriləcək festivalla əlaqədar olaraq, “Nar” dəyərli hədiyyələrlə dolu “Balloon Festival” müsabiqəsini elan edir.

Müsabiqə 5-9 iyun tarixlərində “Nar”ın instagram səhifəsində keçiriləcək. Yarışda iştirak edənlər finala keçmək üçün festivala özəl hazırlanmış oyunda minimum 30 xal toplamalıdır. Keçid balını toplayanlar arasından təsadüfi üsulla 3 nəfər qalib elan ediləcək. 1-ci yerin qalibinə “iPhone 15 Pro”, 2-ci yerin sahibinə “JBL” qulaqlıq və 3-cü yeri tutan şəxsə isə 100 azn dəyərində hədiyyə kartı veriləcək. Müsabiqənin şərtləri barədə daha ətraflı tanış olmaq üçün buraya daxil ola bilərsiniz. Hədiyyəli müsabiqədən əlavə, “Nar” bu festivalda iştirakçılar üçün maraqlı süprizlər də təqdim edəcək.

“Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. “Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər

Orphus sistemi