"MyGroup" Holdinqi Azərbaycanda ilk rəsmi "Vertu" mağazasını açmağa hazırlaşır

"MyGroup" Holdinqi Azərbaycanda ilk rəsmi "Vertu" mağazasını açmağa hazırlaşır Azərbaycanın elektronika bazarında tezliklə yeni parlaq hadisə olacaq. "MyGroup" Holdinqinə daxil olan aparıcı elektronika sahəsində ixtisaslaşan "MyShops" MMC şirkəti məşhur "Vertu" brendinin rəsmi mağazasını açmağa hazırlaşır. Bu, həm dəyərli aksesuarla
İKT
25 Sentyabr , 2023 14:42
MyGroup Holdinqi Azərbaycanda ilk rəsmi Vertu mağazasını açmağa hazırlaşır

Azərbaycanın elektronika bazarında tezliklə yeni parlaq hadisə olacaq. "MyGroup" Holdinqinə daxil olan aparıcı elektronika sahəsində ixtisaslaşan "MyShops" MMC şirkəti məşhur "Vertu" brendinin rəsmi mağazasını açmağa hazırlaşır. Bu, həm dəyərli aksesuarları sevənlər, həm də keyfiyyət və üsluba önəm verənlər üçün mühüm hadisə olacaq.

Eksklüziv smartfon və aksesuarları ilə tanınan "Vertu" uzun müddətdir ki, unikal dizaynla assosiasiya olunur. "Vertu"nun bir çox məhsulları status və incəliyin əsl simvoluna çevrilib. İndi azərbaycanlı müştərilər ölkə hüdudlarından kənara çıxmadan bu brendin bütün üstünlüklərindən yararlana biləcək.

Azərbaycanda ilk rəsmi "Vertu" mağazasının açılması təkcə keyfiyyətə və zərifliyə sadiqliyin əlaməti olmayacaq, həm də ölkədə lüks bazarın və yüksək səviyyəli cihazların inkişafında irəliyə doğru bir addım olacaq. Bu onu təsdiq edir ki, Azərbaycan incə zövqlü istehlakçıların ehtiyaclarını ödəməyə çalışan qlobal brendlər üçün getdikcə daha cəlbedici bir məkana çevrilir.

Rəsmi məlumatlara görə, "Vertu" mağazasının Azərbaycanda açılması yaxın aylarda gözlənilir. Bu mağaza müştərilərin "Vertu" məhsullarının geniş çeşidi ilə tanış ola biləcəyi, ixtisaslı məsləhətləri ala biləcəyi və brendin statusuna uyğun xidmətin göstərilməsi səviyyəsinin qiymətləndirə biləcəyi yer olacaq.

"MyGroup" ölkədə fərqli fəaliyyət sahələri ilə məşhur olan müxtəlif şirkətləri özündə birləşdirən aparıcı holdinqlərdən biridir. "MyGroup" holdinqi ən son innovativ texnologiyalar, süni intellekt sahəsində təcrübə və biliklərlə zənginləşir. Bu səbəbdən, müştərilərə ən yaxşı məhsul və xidmətləri təqdim etmək istəyi "MyGroup"u "Vertu" üçün ideal tərəfdaş çevirir.

Son xəbərlər

Orphus sistemi