“Microsoft” yeni “Xbox”un mini versiyasının da satışa çıxarılacağını elan edib

“Microsoft” yeni “Xbox”un mini versiyasının da satışa çıxarılacağını elan edib “Microsoft”dan bildirilib ki, “Xbox Series S” marka tarixindəki ən kiçik konsol olacaq
İKT
8 Sentyabr , 2020 16:10
“Microsoft” yeni “Xbox”un mini versiyasının da satışa çıxarılacağını elan edib

ABŞ-ın “Microsoft” korporasiyası yeni konsol – “Xbox Series S” istehsal etdiyini elan edib.

"Report" “Kommersant”a istinadən xəbər verir ki, yeni konsolun ilk görüntüləri bu gün artıq internetə sızdığından korporasiya rəsmi bilgi verməli olub.

“Xbox Series S” ölçü olaraq əsas versiyadan - “Xbox Series X”dən kiçik olacaq və onun drayveri olmayacaq.

Hər iki konsolun təqdimatının noyabrın 10-da olacağı gözlənilir. Mini konsolun qiymətinin 299 ABŞ dolları olacağı dəqiqdirsə, əsas versiyanın qiymətinin 499 ABŞ dolları olacağı sızan məlumatlar arasındadır.

“Microsoft”dan bildirilib ki, “Xbox Series S” marka tarixindəki ən kiçik konsol olacaq.

Xatırladaq ki, hələ iyun ayında The Verge” “Series Sin gücünün 4 teraflops və 7,5 GB RAM olacağını (Series X”də bu göstəricilər 12 teraflops və 13,5 GB RAM-dır – red.), maksimal ekran icazəsinin isə 4K deyil, 1080 və ya 1440 piksel olacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi