“Microsoft”un gəlirləri 13% artıb

“Microsoft”un gəlirləri 13% artıb Bu ilin II rübündə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin əməliyyat gəlirləri illik müqayisədə 13% artaraq 38 milyard ABŞ dollarını keçib.
İKT
598
24 İyul , 2020 10:13
“Microsoft”un gəlirləri 13% artıb

Bu ilin II rübündə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin əməliyyat gəlirləri illik müqayisədə 13% artaraq 38 milyard ABŞ dollarını keçib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, "Microsoft"un gəlirlərinin artması onun əsasən bulud və məsafədən iş texnologiyalarını inkişaf etdirməsi ilə bağlıdır. Belə ki, hesabat dövründə şirkətin məhsuldarlıq və iş prosesləri bölməsinin gəlirləri 6% artaraq 11,8 milyard ABŞ dolları, "ağıllı bulud" bölməsinin gəlirləri 17% artaraq 13,4 milyard ABŞ dolları, fərdi kompüter satışı bölməsinin gəlirləri isə 14% artaraq 12,9 milyard ABŞ dolları olub. 

Son 1 ildə "Microsoft"un əməliyyat xərcləri də 13% artıb. Xatırladaq ki, bir qədər əvvəl şirkət xərclərini azaltmaq üçün 83 mağazasını bağlamaq və 450 milyon ABŞ dollarına qənaət etmək barədə planlar açıqlamışdı. 

“Son 5 ay göstərdi ki, texnologiya intensivliyi iş rahatlığının açarıdır. Öz rəqəmsal bazalarını quran qurumlar sürətlə bərpa olunacaq və bu böhrandan daha güclü şəkildə çıxacaqlar”,- “Microsoft”un CEO-su Satya Nadella bildirib. 

Son xəbərlər

Orphus sistemi