“Majlis" biznes şəbəkəsi növbəti təlimini keçirib

“Majlis" biznes şəbəkəsi növbəti təlimini keçirib Bakı. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də “Majlis biznes şəbəkəsinin sayсa 4-cü təlimi - Business Networking Night keçirilib.
İKT
28 Sentyabr , 2018 16:44
“Majlis biznes şəbəkəsi növbəti təlimini keçirib
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də “Majlis" biznes şəbəkəsinin sayсa 4-cü təlimi - "Business Networking Night" keçirilib. 

"Report" xəbər verir ki, təlimdə 100-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. 

Fəxri qonaq qismində iştirak edən gənc biznesmen Elvin Dadaşsoyun uğur qazanmağın sirləri mövzusunda çıxışı olub. 

Bundan başqa, təlimdə biznes adamlarının, menecerlərin bir-birini tanıması məqsədi ilə maraqlı interaktiv oyunlar keçirilib. Oyunların qaliblərinə 6 kupon hədiyyə edilib. 

Tədbirin tərəfdaşlarından biri olan “Baku Business Factory”nin (BBF) nümayəndəsi şirkətin fəaliyyəti barədə qısa məlumat verib. Onun sözlərinə görə, müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-dən ofis, mentor və maddi dəstək ala, davamlı olaraq müxtəlif, o cümlədən şirkətin tərəfdaşlığı ilə təşkil olunan təlimlərdə iştirak edə bilərlər: "Business Networking Night" məhz bu qəbildən olan təlimlərdəndir".

BBF-in nümayəndəsi həmçinin frilanserlər və bu sahədə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq çərçivəsində ekosistemin inkişafına töhfə verdiklərini deyib, həmçinin şirkətin beynəlxalq əməkdaşlığı genişləndirmək istiqamətində mühüm işlərin həyata keçirdiyini vurğulayıb. Bundan başqa, o, BBF-in əsas məqsədinin ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə dəstək göstərmək olduğunu diqqətə çatdırıb, bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. 

Qeyd edək ki, növbəti “Business Networking Night” tədbiri dekabr ayında baş tutacaq. 

Xatırladaq ki, "Majlis" biznes şəbəkəsi şəxsi brendin böyüməsində böyük rol oynayır. Bu şəbəkə mütəmadi olaraq keyfiyyətli şəbəkələşmə mühiti yaradır, sahibkarları, rəhbərləri, menecerləri bir araya toplayır, onlar üçün biznes dairələrini genişləndirmək imkanı yaradır. Təlimin əsas məqsədi biznesdə uğur qazanmağın sirlərini bölüşmək, bu sahədə bir-birinə faydalı olacaq yeni insanlar tanımaq və şəxsi brendi tanıtmaqdır.

Son xəbərlər

Orphus sistemi