“Lenovo” bükülən ekrana malik noutbukunun qiymətini açıqladı

“Lenovo” bükülən ekrana malik noutbukunun qiymətini açıqladı “Lenovo” şirkəti bükülən ekrana malik “Thinkpad X1 Fold” noutbukunun təqdimatını keçirib
İKT
11047
29 Sentyabr , 2020 18:49
“Lenovo” bükülən ekrana malik noutbukunun qiymətini açıqladı

“Lenovo” şirkəti bükülən ekrana malik “Thinkpad X1 Fold” noutbukunun təqdimatını keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünyada bu tip ilk olan leptopun təqdimatı onlayn qaydada baş tutub.

“Thinkpad X1 Fold”u bükülən planşet də adlandırmaq olar, lakin istehsalçı 13,3 düymlük (açılmış vəziyyətdə) cihazı noutbuk hesab etməyi üstün tutur və onu “Thinkpad” korporativ xəttinə aid edir. Bükülən ekran matrisi OLED-texnologiya üzrə istifadə edilir.

Leptopda fiziki klaviatura yoxdur, istehsalçı ekranın 9,6 düymlük yarısında yazmağı təklif edir. Ancaq əlavə olaraq “Thinkpad X1 Fold” üçün xüsusi hazırlanmış Bluetooth-klaviatura da alıb işlətmək olar.

“Lenovo” “Intel” prosessorları, 8 GB RAM və 1 TB-a qədər SSD ilə təchiz olunub. Cihaz Wi-Fi 6, Bluetooth 5.1, 5G modem, Type-C portları və infraqırmızı kamera ilə təchiz edilib. Batareya cihazın 10 saat işlək vəziyyətdə qalmasına imkan verir.

Bükülən noutbuk ilk öncə ABŞ-dakı müştərilərə təqdim olunacaq; bu ölkədə öncədən sifariş artıq açıqdır. Cihaz amerikalılara 2 500 ABŞ dollarına başa gələcək. Avropada isə “Thinkpad X1 Fold” oktyabr ayının sonunda əlçatan olacaq, qiymət isə 2 800 avro təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi