Kuanış Kalijanov: “Azərbaycanda “Ağıllı şəhər” layihəsinin icrası üçün münbit şərait var”
- 18 noyabr, 2021
- 09:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“Smart City Azerbaijan” şirkəti Qazaxıstanda sınaqdan keçmiş və artıq tətbiq edilən ən yaxşı həlləri Azərbaycanda tətbiq etməkdə maraqlıdır".
Bunu “Report”a “Smart City Azerbaijan” ASC-nin təsisçisi və Baş direktoru Kuanış Kalijanov bildirib.
Onun sözlərinə görə, “Ağıllı şəhər” üzrə həllər artıq demək olar, Qazaxıstanın bütün vilayətlərində həyata keçirilmiş geoportal platformasının tətbiqinə əsaslanır.
“Platforma yaşayış məntəqələrinin inkişafı ilə bağlı məsələləri həll etməyə imkan verir”, - o deyib.
K.Kalijanov diqqətə çatdırıb ki, Azərbaycanda “Ağıllı şəhər” layihəsini həyata keçirmək üçün münbit şərait var: “Azərbaycan kifayət qədər texnoloji ölkədir. Burada işləmək asandır. Söhbət ilk növbədə ixtisaslı kadrların və resursların potensialından gedir”.