“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır “Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım edib. Şəbəkə öz izləyicilərini ayıq-sayıq olmağa, saxta mənbələrə etimad göstərməməyə, şəxsi və bank kartları üzrə məlumatları kənar şəxslərlə bölüşməməyə
İKT
12 Sentyabr , 2023 12:06
“Kontakt” izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım edib. Şəbəkə öz izləyicilərini ayıq-sayıq olmağa, saxta mənbələrə etimad göstərməməyə, şəxsi və bank kartları üzrə məlumatları kənar şəxslərlə bölüşməməyə çağırıb.

Şəbəkənin rəsmi saytları və sosial media hesabları aşağıdakılardır:

“Kontakt”ın bütün kampaniya, endirim və digər yenilikləri barədə məlumatlar yalnız həmin hesablarda paylaşılır.

Qeyd edək ki, şəbəkə məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına, habelə hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət hallarının aradan qaldırılması məqsədilə onlarla sıx əməkdaşlıq edir. Siz də saxta səhifələri aşkarladığınız və ya bu kimi qanunsuzluqlarla üzləşdiyiniz halda, şəbəkənin *6060 Çağrı Mərkəzinə zəng edə, eyni zamanda hüquq-mühafizə orqanlarına şikayət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi