Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.
Hərbi
23 May , 2022 11:41
Baş Qərargah rəisi TEKNOFEST Azərbaycanda nümayiş etdiriləcək texnikalara baxış keçirib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi ərazidə olub.

"Report" xəbər verir ki, Baş Qərargah rəisi festivalda nümayiş etdiriləcək və Azərbaycan Ordusunun sərəncamında olan hərbi-texnoloji vasitələrə baxış keçirib.

Müdafiə Nazirliyi üçün ayrılan povilyonda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan ən yeni hərbi-texniki və digər avadanlıqlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi